Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

05
okt
2022
12:40
"Olimpiakos"un ulduz futbolçusu Marselo UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
BAKU.WS "sportdog.gr"-a istinadən xəbər verir ki, klubun baş məşqçisi Mişel Qonsales oyunçunun 15 günə tam hazır olacağını düşünür.
Belə olan halda 34 yaşlı Marselo "Qarabağ"a qarşı cavab qarşılaşmasında çıxış edə bilər.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər
"Olimpiakos" komandasının qapıçısı Tomaş Vatslik Yunanıstanda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyə bilər. BA...
