"Marsel"in baş məşqçisi: "Həmişə oyun üslubuna sadiq qalmışıq"

Marselin baş məşqçisi: Həmişə oyun üslubuna sadiq qalmışıq
İdman 42

"Bir ilə yaxındır ki, buradayam. Həmişə eyni üslübda çıxış etmişik və buna sadiq qalmışıq".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

62 yaşlı mütəxəssis bildirib ki, hər kəsin öz fikrini demək hüququ var: "Mənim əsas məqsədim komandanın inkişafıdır. Biz daha çox çalışmalıyıq ki, komanda inkişaf etsin. Son qarşılaşmada iki qol buraxdıq. Göstərdiyimiz oyun hesabda özünü əks etdirmədi. Bəlkə də ən yaxşı matçlarımızdan birini sərgilədik".

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər