Marko Yankoviçdən "Qarabağ" azarkeşlərinə PİS XƏBƏR
"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Marko Yankoviç altı həftə yaşıl meydanlardan uzaq qalacaq".
BAKU.WS xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev deyib.
O bildirib ki, Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə əzələ spazması kimi idi:
"Yəni "Benfika" ilə oyunda belə bir ehtimal var idi. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxartdı. Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Markonun sağalaraq komandaya qayıtması təxminən altı həftə çəkəcək".
Qeyd edək ki, Marko Yankoviç "Benfika" ya qarşı oyunun 77-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
DÇ-2026-nın ən məhsuldar komandası hansı olacaq?
İyunun 11-də start götürəcək futbol üzrə 2026-cı il Dünya çempionatında ən çox qol vuracaq komandanın hansı olacağı maraq doğuran mövzulardan biridir. BAKU.WS-...