Mariya Stadnik Avropa çempionatının finalında

Mariya Stadnik Avropa çempionatının finalında
İdman 96

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Üçüncü yarış günündə qadınlardan ibarət yığmamızın 3 üzvü mübarizəyə qoşulub.

Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, millimizin lideri Mariya Stadnik 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbəylə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Bu mərhələdə ukraynalı güləşçiyə də aman verməyən Stadnik finala yüksəlib. Final qarşılaşması aprelin 22-də keçiriləcək.

Elis Manolova ilk görüşdə İsveç güləşçisi üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli rəqibinə məğlub olub.

Səbirə Əliyeva startda Estoniya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz aprelin 22-də təsəlliverici görüşə çıxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər