Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu
İdman 79

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 9-cu dəfə Avropa çempionu olub.

BAKU.WS xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi məlumat yayıb.

Məlumata görə, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik yenidən Avropa çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.

Yarış aprelin 23-də başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər