Van de Bek hansı kluba keçmək istədiyini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Yunayted"in holland yarımmüdafiəçisi Donni Van de Bek "Barselona" ilə maraqlanır.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Sports.es" məlumat yayıb.
Mənbəyə görə, Donni Xavinin komandasını gücləndirmək üçün mümkün variantlardan biridir.
Qeyd olunur ki, Beek özü də "Mançester Yunayted"dən ayrılmaq istəyir.
Futbolçuya maraq göstərən digər klub isə Turin "Yuventus"udur.
Van de Beek 2020-ci ildən Mançester klubunda çıxış edir. Cari mövsümdə 26 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında "qırmızı şeytanlar"ın heyətində cəmi 1 oyun keçirib.
Oxşar xəbərlər
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"
"Düşünürəm ki, karyeram üçün yeni çağırış axtarmağın vaxtı çatıb". BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu İngiltərənin "Mançester Yunayted" klubu yoll...