"Mançester Yunayted”dən Ronaldoya qarşı HÖRMƏTSİZLİK – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Mançester Yunayted”in ev oyunlarını keçirdiyi “Old Trafford” stadionundan Kriştianu Ronaldonun posteri götürülüb.
BAKU.WS xəbər verir ki, posterin götürülməsi ilə bağlı rəsmi açıqlama olmasa da bunun Ronaldonun ötən gün verdiyi açıqlamaya cavab xarakteri daşıdığı ehtimal olunur.
Stadionun şərq stendində, “Mançester Yunayted”in əfsanəvi meneceri ser Mett Basbinin heykəlinin arxasında yerləşən posterin götürülməsi ulduz futbolçunun azarkeşlərinin qəzəbi ilə qarşılanıb.
Qeyd edək ki, 37 yaşlı portuqaliyalı qalmaqallı müsahibəsində "Mançester" klubunun ona xəyanət etdiyini bildirib. Ronaldo həmçinin “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini də dilə gətirib.
Oxşar xəbərlər
Ronaldo: “Mançester Yunayted” mənə xəyanət etdi”
“Mançester Yunayted” mənə xəyanət etdi”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu...