"Mançester Yunayted" matçından əvvəl "Qalatasaray"da ciddi itki - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Qalatasaray" klubu müdafiəçisi Davinson Sançesin zədələndiyini açıqlayıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu 4-6 həftə meydanlardan uzaq qalacaq.
"Super Liqanın 13-cü həftəsində oynanan "Korendon Alanyaspor" matçında zədələnən Davinson Sançezin sponsor xəstəxanamızda aparılan MRT-si nəticəsində 2-ci dərəcəli gərginlik olduğu üzə çıxdı. Oyunçunun müalicəsinə başlanıldı", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Davinson Sançes "Qalatasaray" - "Alanyaspor" matçının 78-ci dəqiqəsində zədələnib.
Qalereya
Oxşar xəbərlər
“Qalatasaray” “Tottenhem”in müdafiəçisinə təklif göndərdi - FOTO
Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Tottenhem" komandasında çıxış edən Davinson Sançesi transfer etmək istəyir. BAKU.WS-in məlumatına görə, bu barədə i...