"Mançester Siti"nin hücumçusu Acunun klubunda

Mançester Sitinin hücumçusu Acunun klubunda
İdman 173

"Hall Siti" "Mançester Siti"nin hücumçusu Liam Delapı 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüb.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

20 yaşlı forvard ötən mövsüm icarə əsasında "Stoke" və "Preston" klublarında çıxış edib və 38 oyunda 4 qol vurub.

O, "Mançester Siti"nin əsas heyətində altı oyunda bir qol vurub.

Xatırladaq ki, "Hall Siti" TV8-in rəhbəri Acun Ilıcalınındır. Ötən ay Ilıcalı İrlandiya Liqası komandalarından olan "Şelburn"un əksər səhmlərini aldığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər