Acun Ilıcalı daha bir futbol klubu aldı

09
iyn
2023
13:09
Türkiyənin məşhur aparıcısı, TV8-in sahibi Acun Ilıcalı "Hall Siti"dən sonra daha bir klub satın aldığını açıqlayıb.
BAKU.WS-in xəbərinə görə, o, bu dəfə İrlandiya Liqası komandalarından olan "Şelburn"un əksər səhmlərini aldığını bildirib.
Qeyd edək ki, 54 yaşlı Ilıcalının aldığı Dublin komandası 20 həftəsi geridə qalan liqada 29 xalla 5-ci pillədə qərarlaşıb.
Klubun məşqçisi İrlandiya futbolunun əfsanəvi adlarından biri olan Damien Duffdur.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...
