"Mançester Siti"nin futbolçusu İtaliya klubuna keçib
25
avq
2024
18:58
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi "Komo"ya keçib.
BAKU.WS report-a istinadən xəbər verir ki, İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası komandasında 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.
O, ötən mövsüm İspaniyanın "Las Palmas" klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.
Qeyd edək ki, 21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...