"Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi

Mançester Yunayted futbolçusunu Çempionşip klubuna göndərdi
İdman 11

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Tobi Koller karyerasını "Vest Bromviç"də davam etdirəcək.

BAKU.WS klubun rəsmi məlumatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Çempionşip təmsilçisi ilə daimi müqavilə imzalayıb.

Tobi Koller 2022-ci ildə "Brayton"un akademiyasından "Mançester Yunayted"ə keçib. İngiltərəli futbolçu əvvəlcə klubun U-18 və U-21 komandalarında çıxış edib. 2023-cü ildə isə baş məşqçi Erik ten Haq tərəfindən əsas komandanın mövsümöncəsi hazırlıq prosesinə cəlb olunub.

Koller 2025-ci ilin avqustunda icarə əsasında "Vest Bromviç"də forma geyinib və 12 oyunda meydana çıxıb. Daha sonra "Mançester Yunayted"ə qayıdan yarımmüdafiəçi yanvar ayında "Hall Siti"yə icarəyə verilib.

Futbolçu son olaraq Maykl Kerrikin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında iştirak edib.

Qeyd edək ki, Tobi Koller "Mançester Yunayted" akademiyasından əsas komandaya yüksələn 251-ci futbolçu olub. O, 2024/2025 mövsümündə klubun əsas komandasında ümumilikdə 13 matçda iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər