"Mançester Siti" Rodrini əvəzləməyə iki futbolçu tapıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Siti" bu mövsümün qalan hissəsini buraxacaq zədəli Rodrinin yerinə "Real Sosyedad"ın 25 yaşlı yarımmüdafiəçisi Martin Subimendi və "Atalanta"nın 25 yaşlı yarımmüdafiəçisi Ederson Silvanı potensial əvəzedicilər kimi nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilib ki, "Siti"nin baş məşqçisi Pep Qvardiola bu futbolçularla şəxsən maraqlanır. Onlardan birinin yanvar transfer pəncərəsində alına biləcəyi vurğulanır.
Xatırladaq ki, Rodri Premyer Liqanın sentyabr ayında "Arsenal"la matçda (2:2) qopardığı çarpaz bağ zədəsindən sonra hazırda reabilitasiya prosesi keçir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...