"Mançester Siti" "İnter"i öz meydanında məğlub edə bilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.
Qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd matçında "Seltik" (Şotlandiya) evdə "Slovan"a, (Slovakiya) "Borussiya" (Dortmund, Almaniya) səfərdə "Brügge"yə (Belçika) qalib gəlib.
PSJ (Fransa) "Jirona"dan (İspaniya) güclü olubsa, "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) görüşündə hesab açılmayıb.
"Bolonya" (İtaliya) - "Şaxtyor" (Ukrayna) 0:0
"Sparta" (Çexiya) - "Zaltsburq" (Avstriya) 3:0
"Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) 0:3
"Seltik" (Şotlandiya) - "Slovan" (Slovakiya) 5:1
"Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) 0:0
PSJ (Fransa) - "Jirona"(İspaniya) 1:0
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...