"Mançester Siti" Haalandı "Real Madrid"ə sata bilər - Yalnız bu şərtlə…
"Mançester Siti"nin 24 yaşlı hücumçusu Erlinq Haaland yaxın vaxtlarda klubu tərk edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Bildirilib ki, buna əsas səbəb "Siti"nin maliyyə pozuntuları ilə bağlı sanksiyalara məruz qalması riskinin olmağıdır.
Məlumata görə, "Real Madrid" norveçli forvardla maraqlanır.
Bununla belə, "şəhərlilər" Haalandı satmağa yalnız bir şərtlə hazır olacaqlar - əgər klub aşağı diviziona düşmə ehtimalı ilə ciddi sanksiyalara məruz qalarsa.
Belə bir vəziyyətdə "Real Madrid"in prezidenti Florentino Peres şəhərlilərə 200 milyon avro təklif edəcək. Əks halda, forvardın İngiltərədən İspaniya nəhənginə keçidi mümkünsüz qiymətləndirilir.
Oxşar xəbərlər
Madriddə Arda Gülər üsyanı - "Bərbad və utanc vericidir" - "Real Madrid" uduzdu, ara qarışdı...
İspaniya La Liqasında ardıcıl 3 matçda qalib gələrək liderliyə ümid bəsləyən "Real Madrid" ötən gecəni kabus kimi keçirib. BAKU.WS xəbər verir ki, "Blancos" çət...