Maksim Medvedev: "Zirə"nin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər

Maksim Medvedev: Zirənin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər
İdman 63

"Zirə"nin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev deyib.

O, "Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Kiprdə "Omoniya"ya böyükhesablı məğlubiyyəti barədə danışıb:

"Şəxsi işlərim olduğuna görə oyunu canlı izləyə bilmədim. Bununla belə, nəticədən və görüşdə baş verənlərdən xəbər tutdum. 0:6 hesablı məğlubiyyəti qətiyyən gözləmirdim. "Zirə"də mənimlə əlaqəsi olan dostlarım var. Qarşılaşmadan əvvəl danışırdıq, özlərinə çox inanırdılar. Matç günü tribunalarda anşlaq oldu. Görünən odur ki, "Zirə"nin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər. Bu, psixoloji amildir. Mən özüm "Qarabağ"da "Omoniya"ya qarşı futbolçu kimi mübarizə aparmışam. Stadionda olan azarkeşlərin yaratdığı ab-hava inanılmazdır".

M.Medvedev hər yeni təsnifat mərhələsində rəqiblərin bir qədər də gücləndiyini söyləyib:

"Zirə" Avropa Liqasına çox yaxşı başlamışdı. Hətta səfərdə qələbə də qazandılar. Sadəcə, penaltilər seriyasında uduzmuşdular. Konfrans Liqasında da uğurlu qrafik cızdılar. Ancaq 0:6 hesablı məğlubiyyət çox üzücüdür".

Qeyd edək ki,"Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da "Liv Bona Dea Arena"da keçiriləcək.

Son xəbərlər