Mahir Emreli "Legiya"da növbəti qollarını vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində növbəti qollarını vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu "Yagelloniya" ilə yoxlama oyununda dubl edib.
Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib. Hazırda qarşılaşmada ikinci hissə oynanılır və Varşava təmsilçisi 2:0 hesabı ilə öndədir.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1.
Oxşar xəbərlər
Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu R...