Mahir Emreli ilə birlikdə döyülmüş futbolçu ABŞ klubuna keçdi

Polşa "Legiya"sında Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış braziliyalı futbolçu Lukinyas ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, sözləşmə müddəti sonradan uzadıla bilər.
Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.
Oxşar xəbərlər
Nikola Yurçeviç: "Dinamo" Mahir Emrelini almaqla risk etmədi"
"Dinamo" Emrelini almaqla risk etmədi" BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Polşa "Legiya"s...
