Kayl Uoker: "Növbəti qarşılaşmaları gözləyək"

Futbol üzrə İngiltərə yığmasının müdafiəçisi Kayl Uoker millinin zəif futbol oynaması haqqında danışıb.
BAKU.WS Daily Mail-ə istinadən xəbər verir ki, futbolçu baş məşqçi Qaret Sautqeytin matçlar üçün strategiyasını şərh edib: "Baş məşqçimiz bizə dedi ki, azad və hücum futbolu oynatmaq istəyir. Biz daha çoxuna nail olacağımızı bilirik. Bizə qarşı yaxşı komanda oynayırd və biz qrupun lideriyik. Gəlin buna müsbət tərəfdən yanaşaq. Biz məğlub olmadıq. Gəlin növbəti oyunları gözləyək", - deyə Kayl Uoker qeyd edib.
Xatırladaq ki, İngiltərə millisi 2 turdan 4 xalla C qrupuna lidetrlik edir. Danimarka və Sloveniya kollektivləri 2 xal toplayıb, Serbiya isə bir xal qazana bilib.
Oxşar xəbərlər
İngiltərə millisi Avro-2024-ə qələbə ilə start verdi - VİDEO
İngiltərə yığması Avro-2024-ə qələbə ilə start verib. BAKU.WS xəbər verir ki, Qaret Sautqeytin yetirmələri C qrupunun ilk turunda Serbiya kollektivini sınağa ç...
