İlkay Gündoğan karyerasında ilkə imza atdı

İlkay Gündoğan karyerasında ilkə imza atdı
İdman 4

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan peşəkar karyerasında ilk dəfə bir mövsümdə 10-dan çox məhsuldar ötürmə edib.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Xatırladaq ki, İspaniya çempionatının 24-cü turunun "Barselona" – "Qranada" matçında İlkay Robert Levandovskiyə məhsuldar ötürmə edib.

Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, 33 yaşlı türk əsilli almaniyalı yarımmüdafiəçi ötən yaydan Katalon klubunda çıxış edir.

O, 2016-2023-cü illərdə forma geyindiyi "Mançester Siti"dən İspaniya klubuna keçib.

Gündoğanın "Barselona" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

"Transfermarkt" futbolçunu 18 milyon avro olaraq qiymətləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər