“Linkoln” - “Qarabağ” oyununun hakimləri açıqlanıb
27
iyn
2023
17:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Linkoln” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma Latviyadan olan ədalət təmsilçilərinə həvalə edilib.
Matçın baş hakimi Referi Vitaliys Spasyonnikovs olacaq. Ona yan xətlərdə Raymonds Tatriks və Arturs Sakurovs kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın ilk oyununun hakimləri müəyyənləşib
Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub. "...