Lautaro Martines Qabriel Batistutanın uğurunu təkrarladı
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina yığmasının hücumçusu Lautaro Martines Amerika Kuboku - 2024-ün ən yaxşı bombardiri olub.
BAKU.WS xəbər verir ki, 26 yaşlı futbolçu turnirdə 5 qol vurub. Bununla da Martines 1960-ci ildən bu yana turnirdə 5 qol vurmuş ikinci argentinalı futbolçu kimi tarixə düşüb. İlk olaraq argentinalı Qabriel Batistuta bu uğura imza atmışdı. O, 1991-ci ildəki turnirdə 6 qola imza atmışdı.
Argentina yığması builki turnirin qalibi olmaqla Amerika Kubokunun ən titullu komandası olub. Argentina 16-cı dəfə kuboka sahib çıxıb. Uruqvay 15 dəfə, Braziliya isə 9 dəfə kuboka sahib çıxıb.
Oxşar xəbərlər
Messi növbəti rekordunu vurub
Argentina millisinin hücumçusu Lionel Messi Kanada yığmasının qapısına 2024-cü il Amerika Kubokunun yarımfinalında qol vurub (2:0). BAKU.WS xəbər verir ki, 37 y...