Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal "Qızıl Oğlan" mükafatını qazandıqdan sonra karyerasında növbəti hədəfini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
"Növbəti fərdi hədəfim? "Barselona" ilə, xüsusən də Çempionlar Liqasında qalib gəlsəm, futbolçu karyerasının zirvəsi olan fərdi kubok - "Qızıl top" uğrunda yarışmaq şansım daha çox olacaq. Heç bir oyunçu komandasının üzvü kimi əhəmiyyətli bir şeyə nail ola bilməsə, fərdi mükafatlar qazana bilməz. Buna görə də komanda səviyyəsində uğur qazanaraq, fərdi mükafatlara daha yaxın olacağam, çünki biri digərinin nəticəsidir", - deyə Yamal bildirib.
Qeyd edək ki, 17 yaşlı forvard cari mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 6 qol vurub və 12 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...