Kukurella: Mbappe və Vinisius üçün fədakarlıq etməyə hazıram
Madrid "Real"ının yeni transferi Mark Kukurella qarşıdakı mövsümlə bağlı hədəflərindən danışıb.
BAKU.WS xəbər verir ki, ispaniyalı müdafiəçi bildirib ki, komandanın ulduz futbolçuları Kilian Mbappe və Vinisius Juniorun rahat çıxış etməsi üçün meydanda bütün çətin işi görməyə hazırdır.
"Mən Mbappe və Vinisius üçün fədakarlıq etməyə hazıram. Qələbə qazanmağımız üçün bütün görünməyən işi görəcəyəm. Yeganə məqsədim qalib gəlməkdir", - futbolçu açıqlamada bildirib.
Qeyd edək ki, Mark Kukurella 2026-cı il iyunun 15-də İngiltərənin "Çelsi" klubundan Madrid "Real"ına transfer olunub. Keçidin dəyəri bonuslarla birlikdə 60 milyon avro (55+5 milyon avro) təşkil edib. Tərəflər arasında imzalanan müqavilə 2032-ci ilin yayına qədər qüvvədə olacaq.
Hazırda Kukurella İspaniya millisinin düşərgəsindədir və 2026-cı il dünya çempionatında komandasının heyətində çıxışını davam etdirir.
Oxşar xəbərlər
Hakimi Mərakeş millisində tarixi həddə çatdı
Əşrəf Hakimi Mərakeş milli komandasında yubiley oyununu keçirib. BAKU.WS xəbər verir ki, 26 yaşlı futbolçu 2026-cı il dünya çempionatının pley-off mərhələsində...