Kristian Ştrayx 29 ildən sonra "Frayburq"u tərk edir
Yeniliklərdən dərhal xəbərdar olun
29 ildir Almaniya Bundesliqa komandalarından biri olan "Frayburq"da müxtəlif vəzifələrdə çalışan məşqçi Kristian Ştrayx mövsümün sonunda komandanı tərk edəcək.
BAKU.WS-in məlumatına görə, Streyx bu barədə klubun saytında açıqlama verərkən danışıb.
"Uzun müddət düşündüm və çox insanla müzakirə apardım. İnanıram ki, 29 ildən yeni insanlara və yeni imkanlara yer açmağın vaxtıdır", - o, deyib.
Futbolçu karyerası ərzində "Frayburq"da da çıxış edən 58 yaşlı Ştrayx 1995-ci ildə klubun infrastrukturunda məşqçi kimi fəaliyyətə başlayıb.
1996-cı ildə "Frayburq"un 19 yaşadək futbolçulardan ibarət komandasına baş məşqçi təyin olunan Kristian Ştrayx 2007-ci ildə A komandasının köməkçi məşqçisi, 2011-ci ildə isə baş məşqçi olub.
Oxşar xəbərlər
“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub
“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub. Bakı klubundan "Report"a verilən məlumata görə, hazırda qadınlardan ibarət Azərbaycan m...