Konor Makqreqor "səkkizbucaq"a qayıdır – Yeni planları var

Motivasiya çatışmazlığı və fiziki yorğunluq səbəbilə UFC-dən uzaqlaşan irlandiyalı ulduz döyüşçü, ikiqat çempion Konor Makqreqor karyerasına yenidən davam etmək qərarına gəlib.
BAKU.WS xəbər verir ki, Makqreqor artıq dopinq və qadağan olunmuş maddələrə dair testdən keçib. Bu barədə məlumat UFC-nin rəsmi saytında dərc olunub.
Məlumata görə, döyüşçünün UFC ilə mövcud müqaviləsi başa çatmaq üzrədir. Lakin Makqreqor təşkilatda daha iki döyüş keçirmək niyyətindədir. Bundan sonra onun BKFC (Bare Knuckle Fighting Championship) təşkilatına keçidi gündəmdədir.
Makqreqorun potensial rəqiblərindən biri amerikalı Maykl Çandler göstərilir.
Qeyd edək ki, Konor Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda Dastin Puarye ilə döyüşüb və texniki nokautla məğlub olub.
Xatırladaq ki, Makqreqorun peşəkar karyerasında 22 qələbə və 6 məğlubiyyət var.
Oxşar xəbərlər
UEFA "Sabah"ın rəqibini cərimələyib
UEFA "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın "Levski" (Sofiya) klubunu cərimələyib. BAKU.WS "Report"a istinadən xəb...