Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək

Konfrans Liqası: Sabah Partizanı, Neftçi Beşiktaşı qəbul edəcək
İdman 1

"Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşacaq. "Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

"Ağ-qaralar" isə bu raundun ilk duelində Türkiyə nəhəngi "Beşiktaş"ı sınağa çəkəcək. "Neftçi Arena"da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

UEFA Konfrans LiqasıIII təsnifat mərhələsi, ilk oyunlar10 avqust

20:00. "Sabah" (Azərbaycan) - "Partizan" (Serbiya)Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Beşiktaş" (Türkiyə)Baş hakim: Lukas Fandrix (İsveçrə)"Neftçi Arena"

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.

Son xəbərlər