Konfrans Liqası: "Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB

"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub.
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.
***21:46
Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda 2-ci qol vurulub.
Bakı klubunun hücumçusu Coy Lens Mikels 77-ci dəqiqədə hesabı bərabərləşdirib.
***21:29
Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
67-ci dəqiqədə fərqlənən Yanus İkauniyeks qonaqları önə çıxarıb.
***21:10
Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Hələlik qarşılaşmada hesab açılmayıb.
***20:52
Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
34-cü dəqiqədə qonaqlar azlıqda qalıblar. Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
***20:16
Bakıda "Sabah" və Latviyanın RFŞ komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu start götürüb.
"Bank Respublika Arena"da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.
Görüşü isveçrəli FİFA referisi Fedayi San idarə edir.
Qeyd edək ki, ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıdır - YENİLƏNİB
"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb. Ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniça...