Konfrans Liqası: "Neftçi"nin pley-offdakı potensial rəqibləri bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində məlum olub.
Komandamız III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) klubunu üstələsə, növbəti turda "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək.
Bundan başqa, "Neftçi"nin "Rapid"lə ilk görüşü isə avqustun 4-də "Bakcell Arena"da, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.
Oxşar xəbərlər
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu iyul...