Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər

Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər
İdman 62

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Əvvəlcə meydana "Sabah" klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv "Bank Respublika Arena"da Ltaviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

"Neftçi" və "Qəbələ"nin oyunları isə eyni saatda - 21:00-da start götürəcək. "Ağ-qaralar" Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi "Jelezniçar"la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

"Qırmızı-qaralar" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub - 2:3.

UEFA Konfrans LiqasıII təsnifat mərhələsi, cavab oyunları3 avqust

20:00. "Sabah" (Azərbaycan) - RFŞ (Latviya)Baş hakim: Fedayi San (İsveçrə)İlk oyun - 2:0"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Jelezniçar" (Bosniya və Herseqovina)Baş hakim: Balaş Berke (Macarıstan)İlk oyun - 2:28-ci km stadionu

21:00. "Omoniya" (Kipr) - "Qəbələ" (Azərbaycan)Baş hakim: Adam Ladebek (İsveç)İlk oyun - 3:2Nikosiya, "GSP Arena"

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər