Komandamız yaşlanıb, yeni nəsil gəlməlidir - Məşqçi

Komandamız yaşlanıb, yeni nəsil gəlməlidir - Məşqçi
İdman 227

Olimpiya oyunları bitdi! Ümumi olaraq deyil, məhz güləşçilərimizin nəticələri haqqında - qazandıqları və qazana bilmədikləri medallarla bağlı danışmaq istəyirəm.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan güləş yığmasının məşqçisi Həsən Əliyev bildirib. O, qazanılan medallara görə təbrikdən sonra belə davam edib.

"Ümumi vəziyyət olaraq sizə deyim ki, qazanılan medalların hər biri 30+ yaşlardı. Bu da onu göstərir ki, komandamız yaşlanıb, yeni nəsil gəlməlidir. Və bunun ən başlıca məsuliyyəti biz məşqçilərin və gənc idmançıların üzərinə düşür. Komandamızda və ümumən bu işin azdan-çoxdan bilib, içində olan adam kimi deyim ki, hər güclü nəsildən sonra yeni gələn nəsil yetişdirmək olduqca çətindir. Belə deyim, hələm-hələm asan deyil sıfırdan Rövşən Bayramovlar, Hacı Əliyevlər yetişdirmək. Adamlar dünya tarixində barmaqla göstərilən adamlardılar. Və yeni tarix yazmaq, yaratmaq çox çətin bir işdir.

Bugünkü gün sərbəst yunan-roma və qızlardan ibarət yığma komandalarda kifayət qədər təcrübəli (gənc müasir güləşi bilən) məşqçilər var. Bir tək gənclərin üzərində yaxşı işləyib, 2024 olimpiyadasına çatdırıb yaxşı nəticələr əldə etmək qalır. Bunu söz olsun deyə və yaxud da bugünkü bir qədər məyusluğun qarşısını almaq üçün demirəm. Yaxın ətrafım bilir, mən ziyanıma olsa belə doğru bildiyim şeydən dönən adam deyiləm.

Sizə burda söz verirəm, əgər işlər istədiyimiz kimi getsə, bir sıra xırda problemlər var onları həll edib düzəltsək, 2024 olimpiyadasında bundan olduqca daha yaxşı nəticələr əldə edəcəyik!", - deyə vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər