Kevin Medina "Qarabağ"la vidalaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"da daha bir ayrılıq gerçəkləşib. Kevin Medina Ağdam klubu ilə vidalaşıb. Onun Asiya klublarından biri ilə anlaşdığı bildirilir.
BAKU.WS Sportal.az-a istinadən xəbər verir ki, "Qarabağ" müqaviləsi davam edən futbolçuya jest edib, onu təzminatsız buraxıb. Məsələ burasındadır ki, indiyə qədər çox yaxşı təklifləri olan Kevin "Qarabağ"da qalmağa üstünlük verib, böyük pulları geri çevirib. Lakin hazırkı təkliflə bağlı özü rəhbərliyə yaxınlaşıb, onu sərbəst buraxmalarını rica edib. Kolumbiyalı futbolçunun xidmətlərini nəzərə alan "Qarabağ" rəhbərliyi Medinaya əngəl olmayıb.
Qeyd edək ki, Medina yay transfer dönəmində "Qarabağ"ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...