"Kəpəz"in zədəli müdafiəçiləri sıraya döndü
05
sen
2022
21:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Kəpəz"in zədəli futbolçularından Yeqor Xvalko müalicə prosesini başa vurub.
Klubdan verilən məlumata görə, özünü yaxşı hiss edən belaruslu müdafiəçi artıq kollektiv məşqlərə qoşulub.
Gəncə təmsilçisinin digər zədəli arxa xətt oyunçusu Elvin Yunuszadə də sıraya qayıdıb. O, sabahdan fərdi halda məşqlərə başlayacaq.
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti oyununu sentyabrın 9-da səfərdə "Turan Tovuz"a qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçiriləcək. BAKU.WS-in Report-a istinadla məlumatına görə, günün ilk matçında “Sumqayıt...