"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Kəpəz - Şamaxı oyununda VAR sistemindən istifadə olunmur
İdman 117

Qəbələdə "Kəpəz" və "Şamaxı" arasında keçirilən Azərbaycan Premyer Liqasının VII tur matçında videokmkçi hakim (VAR) sistemindən istifadə olunmur.

BAKU.WS "report"a istinadən xəbər verir ki, buna VAR avtomobilində texniki nasazlığın aşkarlanması səbəb olub.

Oyundan öncə hər iki komandann kapitanlarına bununla bağlı məlumat verilib.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab "Şamaxı"nın xeyrinədir - 1:0. Yeganə qolu 5-ci dəqiqdə Nihad Quliyev vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər