"Kayrat"ın baş məşqçisi: "Nəticədən narazıyam"
04
noy
2021
23:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Dünən də dediyim kimi, ağır oyun alındı. Təəssüf ki, qapımıza gələn 2 zərbə qolla nəticələndi. Oyundan müəyyən qədər məmnunluq olsa da, nəticədən narazıyam".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis əks-hücumlarda qol buraxdıqlarını bildirib: "İndi biz nə istəsək, deyə bilərik. Amma qol epizodlarının boşa verilməsi bizi ruhdan saldı".
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" "Kayrat"la oyundan qalib ayrıldı - YENİLƏNİB
UEFA Konfrans Liqasının qrup mərhələsinin növbəti IV mərhələsində qarşılaşan "Kayrat" və "Qarabağ" komandaları arasında oyun başa çatıb. BAKU.WS xəbər verir ki,...