Kasilyas və Puyol paylaşımlarını sildilər və üzr istədilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Barselona”nın və İspaniya millisinin əfsanəvi müdafiəçisi Karles Puyol İker Kasilyasın tvitinin altında yazdığı zarafatını silib və ona görə üzr istəyib.
“Mən səhv etdim. Bu yöndəmsiz zarafat üçün üzr istəyirəm, bu, pis niyyətli deyildi və tamamilə yersiz idi. Başa düşürəm ki, bu, kiminsə hisslərini incidə bilər. LGBT icmasına hörmətim və dəstəyim var”, – Puyol öz “Twitter” səhifəsində yazıb.
Me he equivocado. Perdón por una broma torpe sin ninguna mala intención y absolutamente fuera de lugar. Entiendo que puede haber herido sensibilidades. Todo mi respeto y apoyo a la comunidad LGTBIQA+
— Carles Puyol (@Carles5puyol) October 9, 2022
Qeyd edək ki, Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas da sosial şəbəkə hesabının hakerlər tərəfindən müvəqqəti olaraq ələ keçirildiyini yazıb. O, məlum paylaşıma görə izləyicilərindən üzr istəyib.
Qeyd edək ki, bir müddət əvvəl futbolçunun hesabından cinsi oriyentasiyasını dəyişməsi barədə paylaşım olunub. Lakin təxminən bir saat sonra tvit silinib.//oxu.az
Cuenta hackeada. Por suerte todo en orden. Disculpas a todos mis followers. Y por supuesto, más disculpas a la comunidad LGTB. 🙏
— Iker Casillas (@IkerCasillas) October 9, 2022
Oxşar xəbərlər
İker Kasilyas karyerasını bitirib
"Portu"nun qapıçısı İker Kasilyas karyerasını bitirib. BAKU.WS xəbər verir ki, bunu Portuqaliya təmsilçisinin prezidenti Jorje Nunu Pinto deyib. Klub rəhbəri bi...