Kannavaro "Sabah"ın futbolçusunu Dünya çempionatına aparmadı
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev dünya çempionatında çıxış edəcək Özbəkistan millisinin heyətindən kənarda qalıb.
BAKU.WS xəbər verir ki, komandanın italiyalı baş məşqçisi Fabio Kannavaro onun adını 26 futbolçudan ibarət yekun siyahıya daxil etməyib.
Beləliklə, U.Raxmonaliyev mundialda iştirak etməyəcək.
Qeyd edək ki, dünya çempionatında Misli Premyer Liqasını bir futbolçu təmsil edəcək. "Turan Tovuz"un müdafiəçisi Roderik Miller Panama millisinin heyətində yarışa qatılacaq.
Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...