Kadi Borges UEFA Konfrans Liqasında rekorda imza atıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın futbolçusu Kadi Borges Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri olub.
BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi turnirdə 6-cı qolunu vurmaqla bu nəticəyə nail olub.
O, turnirin pley-off mərhələsinin "Tvente" ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib.
Bununla da K.Borges UEFA Konfrans Liqasında "Qarabağ"ın heyətində keçirdiyi 17 matçda 6-cı qolunu vurub. Onun əvvəlki 5 qolu 2021/2022 mövsümünə təsadüf edib. Yarımmüdafiəçi həmin vaxt III təsnifat mərhələsində Kiprin AEL (1:0) və pley-offda Şotlandiyanın "Aberdin" (3:1) komandalarına 1, qrup mərhələsində Kipr "Omoniya"sına (4:1) 2, pley-offda isə Fransanın "Marsel" (1:3) klubuna 1 qol vurub.
Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına 3 şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy-Lens Mikels "Sabah"ın, Rafael Utziq isə "Qəbələ" və "Zirə"nin heyətində 5 qol vurublar.
Qeyd edək ki, Kadi Borges "Qarabağ"ın heyətində avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...