Kadi Borges: “Bu, “Qarabağ”ın gücüdür”

Kadi Borges: “Bu, “Qarabağ”ın gücüdür”
İdman 105

“Belə matçdan sonra nə demək olar? Bu, “Qarabağ”ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik”.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kadi Borges Bakıda Polşa “Lex”inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi hər matçın fərqli olduğunu bildirib:

“Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq”.

Borges II təsnifat mərhələsindəki rəqibləri İsveçrə “Sürix”inin də çətin komanda olduğunu qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər