“Jelezniçar”ın daha bir futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bosniya və Herseqovinanın “Jelezniçar” komandasının daha bir futbolçusu Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Semir Ştiliç 8-ci km qəsəbə stadionundakı qarşılaşmada iştirak edə bilməyəcək.
36 yaşlı oyunçu zədə səbəbindən ilk görüşdə olduğu kimi, cavab matçında da məşqçilər korpusunun sərəncamında olmayacaq. Daha əvvəl müdafiəçi Amar Drinanın cəzalı olduğu üçün ikinci oyunu buraxacağı açıqlanmışdı.
Əvəzində yarımmüdafiəçi Edin Rustemoviç sıraya dönüb. Digər zədəlilər İrfan Yaşareviç və Cozef Amoanın iştirakı isə sual altındadır.
Qeyd edək ki, avqustun 3-də oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Sarayevodakı ilk matçda 2:2 hesabı qeydə alınıb.
Oxşar xəbərlər
"Jelezniçar" Bakıya ciddi itkilərlə gələcək
Bosniya və Herseqovinanın "Jelezniçar" komandasının futbolçusu Amar Drina Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyununu buraxacaq....