"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, sahibkarlar birliklərinin fəaliyyətinin tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təkliflər hazırlanması nəzərdə tutulur.
Müvafiq təkliflər əsasında qanun layihəsinin hazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim edilməsi reallaşdırılacaq.
Qanun layihəsinin icra müddəti 2026-2030-cu illər müəyyən edilib. Sənədi hazırlamaq üçün əsas icraçı qurum İqtisadiyyat Nazirliyi müəyyənləşib.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...