"İmişli" - "Qəbələ" oyununda qalmaqallı epizod
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirilmiş "İmişli" - "Qəbələ" oyununda qalmaqallı epizod baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, "İmişli"nin müdafiəçisi Ronaldo de Souza 59-cu dəqiqədə "Qəbələ"nin təhlükəli hücumunun qarşısını əllə alıb.
Buna baxmayaraq, matçın baş hakimi İnqilab Məmmədov "İmişli"nin müdafiəçisinə qırmızı vərəqə göstərməyib.
Halbuki həmin epizodda "Qəbələ"nin hücumçusu rəqib qapıçı ilə təkbətək qala bilərdi.
Maraqlıdır ki, matçın VAR hakimi Tural Qurbanov da İnqilab Məmmədovu epizoda baxmaq üçün monitora dəvət etməyib.
Epizod böyük müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...