İlk yarıda 6 qol vurdu, matç 13:1 bitdi - Dünya bu futbolçudan danışır

"Mançester Yunayted"in 18 yaşlı futbolçusu Viktor Musa "Lids Yunayted"ə 45 dəqiqə ərzində 6 qol vurub.
BAKU.WS xəbər verir ki, "Mançester Yunayted"in 18 yaşadək futbolçulardan ibarət komandasının 13-1 qalib gəldiyi tarixi matçın ulduzuna çevrilən Viktor Musa A komandasının qapılarını aralamağı bacarıb.
Gənc "qırmızı şeytanlar" rəqibini 13-1 hesabı ilə məğlub edərək unudulmaz qələbə qazanıb.
Baş məşqçi Adam Lourensin rəhbərlik etdiyi United U18 komandası matça fırtına kimi başlayıb. İlk qolunu 2-ci dəqiqədə vuran Musa 15 dəqiqədə het-trik edərək rəqib müdafiəni aciz qoyub. Dəqiqələr keçdikcə qarşısıalınmaz hala düşən gənc hücumçu 17-ci dəqiqədə dördüncü, 25-ci dəqiqədə isə beşinci qolunu vurub. Altıncı qol ilk hissənin sonlarına doğru gəlib və komanda hissəni tarixi hesabla 9-0 başa vurub.
Oxşar xəbərlər
Bakıda təşkil olunacaq "UFC Fight Night"la bağlı DETALLAR
İyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"la bağlı bütün detallar açıqlanıb. BAKU.WS xəbər verir ki, gecədə əsas və ilkin kartın hərəsində 6...
