İkardi "Milan"a keçə bilər
"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını İtaliyanın "Milan" klubunda davam etdirə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilir ki, "Milan" hücum xəttini gücləndirmək istəyir və bu məqsədlə 32 yaşlı futbolçu kluba təklif olunub. O, komandada Santyaqo Ximenesə mümkün əvəzləyici kimi nəzərdən keçirilir.
Mauro İkardinin özü də "Qalatasaray"dan ayrılma ehtimalını istisna etməyib. Buna səbəb kimi son vaxtlar əsas heyətdə yerini itirməsi göstərilir.
Qeyd edək ki, argentinalı hücumçu 2023-cü ilin iyulundan "Qalatasaray"da çıxış edir. O, həmin vaxt PSJ-dən 10 milyon avroya transfer olunub. İkardi bu mövsüm 20 oyunda 7 qol vurub.
Həmçinin noyabr ayında "Qalatasaray"ın futbolçu ilə müqaviləni uzatmaq üçün danışıqlara başladığı bildirilmişdi.
Oxşar xəbərlər
Premyer Liqa: "Şamaxı" "Zirə" ilə, "Sabah" "Turan Tovuz"la üz-üzə gələcək
Misli Premyer Liqasında XV tura bu gün start veriləcək. BAKU.WS xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. "Şamaxı" doğma meydanda "Zirə"ni qəbul ed...