III MDB Oyunları: Azərbaycanın üç karateçisi qızıl, biri gümüş, dördü isə bürünc medallar qazandılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Mingəçevir "Kür" Olimpiya Kompleksində III MDB Oyunlarının karate yarışları keçirilib.
Azərbaycan idmançıları bir neçə medal qazanıblar.
Qadınlar arasında 55 kiloqram çəki dərəcəsində iki həmyerlimiz üz-üzə gəlib. Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medalın sahibi olub.
Kişilər arasında -67 kq çəki dərəcəsində çıxış edən Nuran Rzazadə isə qırğızıstanlı Yerlan Akılbeki 7:3 hesabı ilə məğlub edərək qızıl medal əldə edib. Bundan əlavə, kata proqramında çıxış edən Roman Heydərov da özbəkistanlı Səməndər Urazaliyevi üstələyərək qızıl medala sahib çıxıb.
Azərbaycanın digər karateçiləri - İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinal mərhələsində uduzaraq bürünc medal qazanıblar.
Qeyd edək ki, karate yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
Qalereya
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...