Hücumçu rəqib komandanın qapıçısının həyatını xilas etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Çexiya çempionatında "Bohemians 1905” və "Slovaçko” komandaları arasında keçirilən görüş zamanı meydan sahiblərinin qapıçısı Martin Berkoveç topu cərimə meydançasından başla çıxararkən öz müdafiəçisi ilə toqquşub.
Hadisənin videosu "Trending Now” YouTube kanalında yerləşdirilib.
"Slovaçko”nun hücumçusu Fransis Kone özünü itirməyib və qapıçıya lazımi ilkin tibbi yardımı göstərib.
Bundan sonra həkimlər Martin Berkoveçi xəstəxanaya çatdırıblar. Hadisədən bir gün sonra Berkoviç öz Facebook səhifəsində "Slovaçko”nun hücumçusuna təşəkkürünü bildirib.
Qeyd edək ki, fevralın 25-də paytaxt Praqada keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.(oxu.az)
Oxşar xəbərlər
Kamran Ağayevdən biabırçı səhvlər - İlk oyunda 3 qol - VİDEO
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" futbol komandasının heyətində ilk rəsmi matçına çıxıb. "Report"un məlumatına görə...