Hər birimiz bir əsgərik! - Veloyürüş
Mayın 9-da Adrenaline Outdoor Extreme Club, Qaradağ Rayonu Heydər Əliyev Mərkəzi , Azərbaycan Velosiped İdmanı Federasiyası və Qaradağ rayon Gənclər və İdman İdarəsi birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş həvəskarlar arasında "Hər birimiz Bir əsgərik ” velosiped yürüşü təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, yürüşün məqsədi Böyük lider Heydər Əliyevi yad etmək, Gənclərin vətənpərvərlik ruhunu yüksək tutaraq hər ən əsgər kimi torpaqlarımızı qoruyacağımızı nümayiş etdirmək və torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizi yad etməkdir.
Saat 10:00-da başlanacaq tədbir Sahil qəsəbəsindəki Gənclər Evindən start götürməklə Lökbatanda yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.
Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped, hərbi geyim və baş geyiminin olması mütləqdir. Arzu edənlərin mayın 9-u, saat 09:00-da Sahil qəsəbəsindəki Adrenaline Fun Klubun qabağında olmaları xahiş olunur.
Ətraflı məlumat üçün 050 4077704 nömrəsi ilə laqə saxlaya bilərsiniz.
BAKU.WSOxşar xəbərlər
Leyla Əliyeva çağırış etdi - hər kəs marafona - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 1-də Bakıda baş tutacaq "Bakı Marafonu 2016” ilə bağlı çağırış edib. BAKU.WS xəbər verir ki, L. Əli...