"Hər şeyi görəcəksiniz" - Ançelotti "Real"ın "Liverpul"a məğlubiyyətindən sonra söz verib
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ötən gecə "Liverpul"la oyunda (0:2) uduzduqdan sonra komandasının Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək şanslarından danışıb.
BAKU.WS xəbər verir ki, onun sözlərinə italyan jurnalist Fabrizio Romano X sosial şəbəkə hesabında paylaşıb.
"Komanda xoşuma gəldi, çünki yaxşı mübarizə apardıq. Bu, vəziyyəti dəyişmir, çünki qalib gəlsək belə... ilk səkkizliyə düşmək çətin olacaq. Növbəti tura vəsiqə qazanırıq və hər il olduğu kimi yarışacağıq. Siz hər şeyi görəcəksiniz", - deyə Anmelotti bildirib.
Xatırladaq ki, "Real Madrid" hazırda beş oyundan sonra altı xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində 24-cü yerdədir.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...