"Hatayspor"dan millimizin üzvü ilə bağlı MARAQLI PAYLAŞIM - FOTO
05
sen
2023
09:20
Azərbaycan millisi və İsveçrənin "Qrasshopper" klubunun hücumçusu Renat Dadaşov Türkiyə klubuna transfer olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Belə ki, 24 yaşlı mərkəz hücumçusu "Hatayspor"da top qovacaq.
Millimizin üzvünün transfer dəyəri açıqlanmasa da "Hatayspor"un sosial şəbəkə hesabında Azərbaycan bayrağının olduğu pasport şəkli paylaşılıb.
Qeyd edək ki, həmin paylaşımda bir çox istifadəçi Renat Dadaşovla bağlı şərhlər yazıb və onun istedadlı futbolçu olduğunu önə çəkib.
Oxşar xəbərlər
Renat Dadaşov Türkiyə klubunda
Türkiyənin "Hatayspor" klubu Renat Dadaşovla razılıq əldə edib. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Spor Arena" yayıb. Məlumata görə, hazırda İsveçrənin...