Harri Keyn gələcək karyerası ilə bağlı qərar verdi

Harri Keyn gələcək karyerası ilə bağlı qərar verdi
İdman 105

İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyn gələn yay transfer pəncərəsində komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə rəsmi şəkildə bildirib.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Tottenhem" Keynin xəbərdarlığından sonra onu satmağa bir şərtlə razı olduğunu bildirib ki, hücumçu İngiltərənin digər klubuna keçməsin.

29 yaşlı forvardı heyətinə qatmağa əsas namizəd PSJ-dir. Joze Mourinyu baş məşçi postuna gətiriləcəyi halda, Harrinin PSJ variantına üstünlük verəcəyi bildirilib.

Qeyd edək ki, bu mövsüm "Tottenhem" forması ilə ümumilikdə 46 matça çıxan 29 yaşlı Keyn 28 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər